Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıya gələcək məşhur gimnastlar- Siyahı

Siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib.

Yenixeber.org: 16-17 fevral tarixlərində Bakıda keçiriləcək Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.

31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib.

Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozana Maklenan, Ceyson Börnet, Donq Donq, Ley Qao, Dmitri Uşakov və Brioni Peyc kimi olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq Milli Gimnastika Arenasında bu qədər sayda olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.

Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

Vladislav Qonçarov (Belarus) – Olimpiya Oyunları 2016 – qızıl

Rozana Maklennan (Kanada) – Olimpiya Oyunları 2012, 2016 – qızıl

Ceyson Börnet (Kanada) – Olimpiya Oyunları 2008 – gümüş

Donq Donq (Çin) – Olimpiya Oyunları 2012 – qızıl

Ley Qao (Çin) – Olimpiya Oyunları 2016 – bürünc

Brioni Peyc (Böyük Britaniya) – Olimpiya Oyunları 2016 – gümüş

Dmitri Uşakov (Rusiya) – Olimpiya Oyunları 2012 – gümüş

Beni Vizani (Avstraliya) – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc

Oleq Rabstov (Belarus) – Dünya çempionatı 2018 – qızıl (sinxron)

Andrey Yudin (Rusiya) – Dünya çempionatı 2018 – bürünc

Yana Pavlova (Rusiya) – Dünya çempionatı 2018 – bürünc

Dominik Klark (Avstriya) – Dünya çempionatı 2018 – bürünc (sinxron)

Dioqu Qansinyu (Portuqaliya) – Avropa çempionatı 2018 – qızıl

İvan Litvinoviç (Belarus) – Avropa çempionatı (yeniyetmə) 2018 – qızıl

Anna Qonçarova (Belarus) – Avropa çempionatı – gümüş

Alan Morant (Fransa) – Avropa çempionatı 2018 – bürünc

Pirməmməd Əliyev (Qazaxıstan) – Asiya Oyunları 2018 – bürünc

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli səkkiz Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam