Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda daha bir beynəlxalq yarış keçiriləcək

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək

Yenixeber.org: Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək.

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan 6 çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.

Görüşlər saat 10.00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17.00-dan start götürəcək. Turnirin açılış mərasimi yanvarın 11-də saat 16.00-da başlayacaq.

Qeyd edək ki, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk 3 yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam