Redaktor seçimi
Əhmədzadə və Rustəmov da xaricdə böyük biznesə malik imiş
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
Günün xəbəri

Natiq Əliyevin qız nəvəsindən ermənilər üzərində MÖHTƏŞƏM QƏLƏBƏ: BİRİNCİ OLDU - FOTO/VİDEO

 

Natiq Əliyevin qız nəvəsindən ermənilər üzərində MÖHTƏŞƏM QƏLƏBƏ: BİRİNCİ OLDU - FOTO/VİDEO

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada keçirilən "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsində qalib gəlib.

Yenixeber.org: Bu barədə Aliyə Əliyeva özü məlumat verib:

“Heç vaxt təsəvvür etməzdim ki, Moskvada birinci yerə çıxa bilərik, ancaq bu, baş verdi. Bizim komandanın rəhbəri Emin Qədirov və layihənin təşkilatçısına çox təşəkkür edirik. Sizsiz bu gözəl layihə gerçəkləşməzdi. O qədər daha xoş xatirə və emosiyalar var ki... Onları heç vaxt və heç yerdə yaşamamışdım. Digər ölkələrdən gələn bütün uşaqları dostlarım adlandıra bilərəm. Siz də çox çalışdınız və çox sevindim ki, sizin kimi uşaqlarla tanış oldum!"

Aliyə Əliyeva yarışma ərzində onu daim dəstəkləyən anasına isə minnətdarlığını belə ifadə edib:

"Sonda anama təşəkkür edirəm ki, mənə inandı və hələ də inanır. O, özgüvənimin itməsinə imkan vermir. Özümə isə demək istəyirəm ki, bu, yalnız başlanğıcdır və ümid edirəm ki, gələcəkdə bu, əlimdə tutduğum sonuncu mükafat olmayacaq”.

Qeyd edək ki, RU.TV" kanalında yayımlanan "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsi 13-17 yaş uşaqlar arasında keçirilir. "Во весь голос" istedadlı yeniyetmələrdən ibarət komandaların iştirak etdiyi musiqi müsabiqəsidir. 16 yaşlı Aliyə Əliyeva bu layihədə Emin Qədirovun qrupunda, həmvətənləri ilə birlikdə komanda şəklində çıxış edib.

Azərbaycanlı iştirakçılar bu yarışmanın finalında Rusiya, Belarus, Latviya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Moldova və Ermənistan komandalarını geridə qoyaraq qələbə qazanıb.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar