Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Londonda biabırçılıq: Qurban Qurbanovun mətbuat konfransına cəmi 3 jurnalist qatıldı

 

İngiltərədə "Arsenal"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl "Qarabağ" klubunun təşkil etdiyi mətbuat konfransına yerli jurnalistlər biganə münasibət göstəriblər. 

Yenixeber.org: Baş məşqçi Qurban Qurbanov və futbolçu Maksim Medvedevlə görüşə cəmi 3 media nümayəndəsi qatılıb.

Əməkdaşımızdan əlavə, zalda "BBC Azərbaycanca"nın redaktoru Toğrul Bağırov və özünü "Press Association" nəşrinin əməkdaşı kimi təqdim edən ingiltərəli həmkarımız olub. Halbuki, gündüz saatlarında "Arsenal"ın baş məşqçisi Unay Emerinin mətbuat konfransına xeyli jurnalist qatılıb.

Q.Qurbanov report-un bununla bağlı sualına cavab olaraq bildirib ki, ingiltərəli jurnalistlərin "Qarabağ"ın mətbuat konfransına istəksiz yanaşmalarına inanmır. Onun fikrincə, yerli medianın diqqəti bugünkü Çempionlar Liqası qarşılaşmalarına yönəlib. Baş məşqçi zarafatından da qalmayıb:

"Ola bilsin, Çempionlar Liqasının bugünkü oyunları daha çox maraq doğurub və hazırda stadionlardadırlar. Burada təkcə mətbuat işçiləri yox, başqa simalar da var. Onların da şəklini vermək olar".

Dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam