Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

 

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək.

Yenixeber.org: Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki (sərbəst - 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma - 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.

Reqlamentə əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.

Qeyd edək ki, çempionat "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq. Bakı İdman Sarayına giriş pulsuzdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam