Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Millidə yeni futbolçular oynayacaq

 

"11 gündür Bakıdayam. Azərbaycanda bir neçə oyunu stadiondan canlı izlədim. Burada yaxşı texnikalı və perspektivli futbolçular var. İnanıram ki, Azərbaycanda yaxşı komanda yarada biləcəm". 
"Xeberinfo.com":  Məlumata görə, Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki jurnalistlərə açıqlamasında deyib. 
AFFA-nın İcraiyyə Komitəsinin iclasında bu gün keçirilən iclasında millimizin yeni baş məşqçisi kimi təsdiqlənən xorvatiyalı mütəxəssis Azərbaycanda gördüklərindən razı qaldığını bildirib:
"Burada gördüklərimdən razı qaldım. Azərbaycan futbolunun irəli getməsi üçün əlimdən gələni edəcəm. Ancaq mən Xorvatiya və İtaliya yığmalarını məğlub edəcəyimizə söz verə bilmərəm. Onlar çox güclü komandalardır. Xorvatiyaya acı məğlubiyyətdən sonra futbolçuların fiziki durumları yaxşı deyil. İlk öncə bunu düzəltməyə çalışacağıq.  
Köməkçilərimdən ikisi yerli mütəxəssis olacaq. Lakin onların kimliyi hələlik bəlli deyil. İlin sonuna qədər bilinəcək. Azərbaycan millisi müdafiədən oynamağa vərdiş edib. Artıq hücum etməyi öyrənməliyik. Bilirəm ki, çətin olacaq. Lakin müdafiədən oynamaq artıq kifayətdir və hücum futboluna üstünlük verməliyik".
45 yaşlı mütəxəssis qarşısına qoyulan əsas vəfizələrdən birinin yığmanın gəncləşdirilməsi olduğunu bildirib: "Dediyim kimi Azərbaycanda potensiallı futbolçular var. "Qarabağ", "Neftçi" və "İnter"də elə futbolçular var ki, onlar milliyə kömək edə bilərlər. Qarşıma qoyulan əsas vəzifələrdən biri millinin gəncləşdirilməsidir. Bununla belə, təcrübəli futbolçular komandada qalacaq, ancaq yeni yığmada yeni oyunçular görə biləcəksəniz. Klubların qış təlim-məşq toplanışlarını izləməyə gedəcəm. Millinin təlim-məşq toplanışı gələn ilin fevralında olacaq. "Avro-2016"nın seçmə mərhələsinin növbəti oyununa qədər hazır olmalıyıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam