Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

II Avropa Oyunlarının biletləri satışa çıxarılıb

 

 

Qiymətlər əcnəbilər üçün 2 avrodan 20 avroyadəkdir

 "Minsk-2019" II Avropa Oyunları üçün bilet satışına start verilib.

Yenixeber.org: Oyunların rəsmi saytının verdiyi məlumata görə, istənilən ölkənin vətəndaşları bu gündən www.minsk2019.ticketpro.by saytı vasitəsilə biletləri öz adlarına rəsmiləşdirə bilərlər. Bundan başqa, biletləri Belarusda rəsmi bilet operatoru "Tiketpro", Avropada rəsmi resellerlər vasitəsilə əldə etmək mümkündür. Rusiyada isə satış rəsmi bilet agenti ponominalu.ru saytında dekabrın 15-dən başlanacaq.

Qiymətlər 5 Belarus rublundan 50 belarus rublunadək (əcnəbi vətəndaşlar üçün 2 avrodan 20 avroyadək) qoyulub. Biletlər bir neçə kateqoriyada - "Standard", VIP, açılış və bağlanış mərasimləri üçün hazırlanıb. Açılışa 150 - 300 rubla, bağlanışa 70 - 150 rubla tamaşa etmək mümkündür.

II Avropa Oyunları oturacaq yerlərinin ümumi sayı 375 min olacaq. Lakin tələb və idman növünün populyarlığından asılı olaraq, sayı 535 minədək artırmaq mümkündür. Biletlərin satılacağı idman sessiyalarının ümumi sayı isə 111-dir.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam