Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qarabağ” futbolçuları meydana şəhid övladları ilə çıxacaq

 

Bu gün “Qarabağ” klubu növbəti oyununa çıxacaq.

 

Yenixeber.org: Bu gün 21:55-də 70 min azarkeş tutumu olan Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

“Qarabağ”ın Portuqaliyanın “Sportinq” klubu ilə oyununun başlanğıcı simvolik olacaq.

Qurban Qurbanovun yetirmələri meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edəcəklər.

“Futbol ulduzları ilə yanaşı, meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxacaq.

Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - yeddi yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu - 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olacaqlar”, - Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib.

Həmçinin qeyd edilib ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirməkdir.

“Bu təklif dövlət komitəsi tərəfindən hazırlanıb və “Qarabağ” klubu tərəfindən dəstəklənib. Məlumdur ki, Azərbaycanda idmana xüsusi qayğı var və gənc nəslin idmana marağı gündən-günə artır. Və burada Azərbaycan prezidenti İlham Əliyev kimi, vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”, - təşkilatdan bildirilib.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam