Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

UEFA-dan “Qarabağ”ın rəqibləri ilə bağlıgözlənilməz qərar

UEFA Ukraynanın "Vorskla” və İngiltərənin "Arsenal” klubları arasında Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunla bağlı gözlənilməz qərar qəbul edib.
Yenixeber.org: Sözügedən matçın öncədən Poltavada keçiriləcəyi bəlli olsa da, qitə futbol qurumu son anda bu oyunun Kiyevdə təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qərar qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi tərəfindən qəbul olunub. Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib.
Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı "Olimpiyski" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
"Vorskla" və "Arsenal" "Qarabağ"la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm Portuqaliya "Sportinq"i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam