Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yığmamız erməniləri DARMADAĞIN ETDİ

 

Yığmamız erməniləri DARMADAĞIN ETDİ

Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında "Day of children" turniri keçirilib.

Yenixeber.org: Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edib.

Yığmamız İran-1 komandasına 3:7 hesabı ilə uduzsa da, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticəylə qrupda 2-ci yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub.

Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl, Mahir Məmmədov (44 kq) isə gümüş medalı boynundan asıb.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam