Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bodibildinq üzrə çempionat ləğv edildi- Dopinq məsələsi

İştirakçıların çoxu yarışı tərk edib.

Yenixeber.org: Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası (IFBB) oktyabrın 28-də Basklar Ölkəsində keçirilən fitnes və kulturizm üzrə çempionatı ləğv etmək məcburiyyətində qalıb. Dopinq nəzarətinin keçiriləcəyi barədə məlumat verilən kimi, iştirakçıların çoxu yarışı tərk edib.

Biskayya əyalətinin Santurse şəhərində keçirilən çempionata gözlənilmədən Bask Antidopinq Agentliyinin ekspertləri gəliblər. Ekspertlər gələndə yarışlar artıq başlanmış, iştirakçıların çəkisi müəyyənləşdirilmişdi. Bodibilderlərin əksəriyyəti testlər aparılacağını öyrənən kimi, yarışda iştirak etməkdən boyun qaçırıb. Ekspertlər iştirakçılardan nümunə götürməyə macal tapmamış təşkilatçılar çempionatın ləğv olunduğunu elan ediblər.

Bask Antidopinq Agentliyindən xatırladıblar ki, may ayında Basklar Ölkəsinin Bodibildinq Federasiyası ilə yarışlarda dopinq nəzarətinin aparılması barədə saziş imzalanıb. Sənədə görə, ilk testlər iyunda aparılıb. Götürülən 12 analizdən 5-i qadağan edilmiş preparatlardan istifadə olunduğunu göstərib. Testlərin nəticələri federasiyaya göndərilib. Sonrakı addımlar və mümkün cəza tədbirləri barədə qərarı isə federasiyanın özü qəbul edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam