Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Arda Turanla bağlı ŞOK VƏZİYYƏT -onu 11 ilə qədər həbs gözləyir - FOTO

 

Arda Turanla bağlı ŞOK VƏZİYYƏT - onu 11 ilə qədər həbs gözləyir - FOTO

Türkiyənin tanınmış futbolçusu Arda Turanın müğənni Berkay Şahinə silahlı hücum etdiyi üçün 11 ilə qədər həbs edilə bilər.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Arta Turan tərəfindən burnu qırılan müğənni Berkay Şahin müalicə aldığı xəstəxanadan çıxıb. Berkay xəstəxananın avtomobil dayanacağında başına keçirdiyi papaqla kameralardan yayınmağa çalışıb. Təhlükəsizlik əməkdaşları mətbuat nümayəndələrinin çəkiliş etməsinə mane olub.

Berkayın vəkili Ayşegül Mərmər isə mətbuat nümayəndələrinə açıqlama verərık, Arda Turanın etdiyi əməllərə görə cavab vercəyəni deyib: "Arda Turan belində sənədsiz silahla xəstəxanaya daxil olub. O Bərkay Şahinə hücum edərək, onu silahla hədələyib. Bununla da kifayətlənməyib naməlum istiqamətdə silah doğruldaraq atəş açıb. Bütün bunların qanunlar çərçivəsində heç bir üzrü yoxdur. Etdiklərinə görə qanun qarşısında cavab verəcək".

Müğənni Berkay isə kiçik bir məktub yazaraq yaşanan hadisə ilə bağlı ictimaiyyətdən üzr istəyib:

"Berkay və Arda önəmli deyil. Əhəmiyyətli olan bu məsələdə çox üzülən iki qadındır. Onların yaşadığı stress, gərgin vəziyyət... Mən qarşı tərəfin edə bilmədiyini etmək istərdim. Öz həyat yoldaşımdan və Arda Turanın xanımı Aslıxan Turandan üzr istəyirəm. Kişilər dava edir. Amma kişi kimi dava başqadır. Bunu Ardanın özünə də dedim. Şikayətimi geri çəkmək üçün ona iki şərt qoydum: həyat yoldaşımdan, məndən eləcə də öz xanımından bütün bu etdiyi nalayiq hərəkətlər, çirkin sözlərə görə üzr istəyəcək. İnsanı sözlə istismar etməyin xəcalətini çəkdiyini etiraf edəcək. Bütün bunları qəbul edib, səhvini ictimaiyyət qarşısında etiraf edib üzr istəsə, bu məsələni bağlayacam. Əks təqdirdə isə bura Türkiyə Cümhuriyyətidir, hüquqi dövlətdə yaşayırıq və o, layiq olduğu cəzasını çəkəcək".

Hürriyyət qəzetinin yazarı Cenker Tezel isə bununla bağlı öz məqaləsində qeyd edir:

"Vəkil Erol Şahin hadisədə 3 ayrı qanun pozuntusunun olduğunu deyib. Bunun biri Ardanın silahlı şəkildə xəstəxana binasına daxil olması və xəstəxanda təhlükəsizlik əməkdaşlarının belə kobud səhvə yol verməsidir. İkincisi silahla təhdid, eləcədə qəsdən sağlamlığa ziyan vuraraq qarşı tərəfin burnunu sındırması, üçüncü isə qanunsuz silah daşımasıdır. Prokuror Ardanı 3 maddə üzrə cinayətdən məsuliyyətinə cəlb edəcək. Birinci maddəyə görə, 6 aydan 3 ilə qədər, ikinci maddəyə görə, 2 ildən 5 ilə qədər, üçüncü maddəyə görə isə 1 ildən 3 ilə qədər həbs edilə bilər. Bu cinayətlərin cəminə görə Arda Turan 3.5 ildən 11 ilə qədər həbs cəzasına məhkum edilə bilər".(publika)

Könül


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam