Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan “Tank”ı və Həbib: Bir gündə iki möhtəşəm qələbə - FOTOLAR

    

Azərbaycan “Tank”ı və Həbib: Bir gündə iki möhtəşəm qələbə - FOTOLAR
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədovun və yüngül çəkidə Mütləq Döyüş Çempionatında (UFC) döyüşən dağıstanlı Həbib Nurməhəmmədovun eyni gündə inamlı qələbə qazanması Türkiyə mətbuatının diqqətindən yayınmayıb.
Yenixeber.org: Qardaş ölkənin "www.haberiniz.com.tr”, "www.memleket.com.tr” “www.igdirim76.com”, “www.kafkassam.com”, "www.baretdergisi.com”, "www.cuha.com.tr","www.kha.com.tr" kimi saytları hər iki idmançının qələbəsindən yazıb.



Qeyd edilib ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçu Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb və Azərbaycan idmanında daha bir uğura imza atıb.



Mətbuat, eyni zamanda, İrlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında baş tutan döyüşə yer verib: “Həbib Nurməhəmmədov və Xəyal Əhmədovun eyni gündə qələbə qazanması tərəfdarların sevincinə səbəb olub. Beləcə, tərəfdarlar bir gündə iki gözəl xəbər alıblar”,- mətbuatda dərc olunan xəbərlərdə belə qeyd edilib.

Türkiyə mətbuatı iki müsəlmanın eyni gündə nüfuzlu beynəlxalq turnirdə inamlı qələbə qazanmasını xüsusi qeyd edib.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam