Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qurban Qurbanov: "Arsenal"la oyuna ciddi hazırlaşmışıq

    

Qurban Qurbanov: "Arsenal"la oyuna ciddi hazırlaşmışıq
"Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavə sözə ehtiyac yoxdur. Oyuna çox ciddi hazırlaşırıq. İnanıram ki, sabah hər birimizi yaxşı oyun gözləyir".
 Yenixeber.org: Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Arsenal"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Baş məşqçi bildirib ki, komandası sona qədər yaxşı mübarizə aparacaq və ən azından yaxşı oyun göstərəcək.

"Tək Gerrye yox, bir neçə futbolçumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək. Dəfələrlə demişəm ki, bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədir. Futbolun sevilməsi üçün şansdır. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa, yaxşıdır. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Çalışacayıq ki, azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq. Düşünürəm ki, qalan işlər pis alınmaz. Hər şey normaldır, qaydasındadır".

Q.Qurbanov qeyd edib ki, futbolçularının böyük təcrübəsi var: "Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularım sabah rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər. O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər, amma ən sadiq azarkeşlərimizdən biridir. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam