Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanacaq-Bu gün

 

Seçim Türkiyə və Almaniya arasından ediləcək

 Bu gün futbol üzrə 2024-cü il Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşəcək.

Yenixeber.org: Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək. Qurumun prezidenti Aleksandr Çeferin qalibin adını Bakı vaxtı ilə saat 16:45-dən sonra təşkil olunacaq brifinqdə açıqlayacaq.

AVRO-2024-ə ev sahibliyi etmək üçün iki ölkə - Türkiyə və Almaniya namizədliyini verib. Artıq bu ölkələr Avropa çempionatının oyunlarının keçirilməsi üçün şəhər və stadionları da açıqlayıblar. Almaniya “onluğ”a Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqartı ("Ştutqart Arena", 50,998) daxil edib.

Türkiyənin sifariş vərəqində isə 9 şəhərdə yerləşən 10 arena - Ankara ("Ankara Stadium", 62,332), Antalya ("Antalya Stadium", 41,349), Bursa (Bursa stadionu, 42,985), Eskişehir (Eskişehir stadionu, 32,204), Qaziantep (Qaziantep stadionu, 33,884), İstanbul (İstanbul Atatürk Olimpiya stadionu, 85,718 və "Ali Sami Yen" İdman Kompleksi, 50,178), Kocaeli (Kocaeli stadionu, 32,204), Konya ("Konya Büyükşehir Belediye" stadionu, 36,193) və Trabzon (Şenol Güneş İdman Kompleksi,40,735) yer alıb.

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam