Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanlılara məxsus "Qarabağ Vyana" klubu fəaliyyətini dayandırıb-Avstriyada


Bu barədə klubun İdarə Heyəti qərar qəbul edib

Yenixeber.org: Avstriyada azərbaycanlılara məxsus "Qarabağ Vyana" futbol klubu fəaliyyətini dayandırıb.

Məlumata görə, gələn mövsümdən Şərq Regional Liqasında çıxış etməli olan kluba misirli iş adamı Mustafa əl-Nimrə sahib olub. Əl-Nimr həm də Vyana Liqasında çıxış edən "Sport Admira" klubunun sahibidir. O, "Qarabağ Vyana"nın adını dəyişərək, "Mauerverk" kimi Şərq Regional Liqasında çıxışını davam etdirməsini məqsədəuyğun sayıb. İş adamı martda "Qarabağ Vyana"nın baş məşqçi postundan istefaya göndərilmiş Volkan Kahramanı kluba idman direktoru qismində qaytarıb.

"Qarabağ Vyana"nın baş meneceri Ramin Şükürov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, İdarə Heyətinin qərarına əsasən, "Qarabağ Vyana"nın 2018-2019 mövsümündən fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Şərq Regional Liqasında yeni mövsüm avqustun 3-də start götürəcək. Təqvimə əsasən, "Qarabağ Vyana" ilk turda səfərdə "Traiskirxen"lə üz-üzə gəlməli idi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam