Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

AZƏRBAYCAN FUTBOLUNDA YENİ QALMAQAL– Prokurorluq futbolçuları sorğu-sual edir

 Azərbaycan futbol çempionatının 1-ci dəstəsində keçirilən oyunların nəticələri və ümumilikdə çempionatın gedişi ilə bağlı ciddi şübhələr yaranıb. Belə ki, çempionatda danışılmış oyunların keçirildiyi ehtimalı var

Yenixeber.org: Artıq işə hüquq-mühafizə orqanları qarışıb. Belə ki, məsələ ilə bağlı Bakı Şəhər Səbail Rayon Prokurorluğundaaraşdırma aparıldığı bildirilir. Məlumata görə, xüsusilə çempionatın 1-ci dəstəsini qalib kimi başa vurmuş Bakının “Xəzər” klubu ilə əlaqədar ciddi şübhələr var. Artıq komandanın təmsilçiləri və futbolçular ayrı-ayrı oyunlarla bağlı prokurorluqda sorğu-sual edilir. Şübhə doğuran təkcə ümumilikdə çempionatın yox, həm də ayrı-ayrı oyunların nəticələridir. Burada söhbət danışılmış oyunlar sayəsində mərc oyunlarından böyük məbləğlərdə uduşlar əldə etmək ehtimalından gedir. Məsələn, prokurorluq əməkdaşları “Xəzər”in “Mil-Muğan”a 5:0 hesabı ilə qalib gəldiyi və gözlənilmədən özündən xeyli zəif “Binə”yə 0:1 hesabı ilə uduzduğu oyunlarla maraqlanırlar. Çünki bu cür nəticələr təbii olaraq, danışılmış qarşılaşma təəssüratı yaradır.

Qeyd edək ki, çempionatın debütantı olan “Xəzər” əsasən də 2-ci dövrədə ardıcıl qələbələr qazanaraq, yarışı 1-ci yerdə tamamlayıb. Əvəzində rəqiblərindən çox böyük xal fərqi ilə öndə olan “Qaradağ Lökbatan” klubu müəmmalı şəkildə ardıcıl olaraq, məğlub olub və çempionatı 3-cü yerdə başa vurub. Özü də bu proses “Qaradağ Lökbatan”ın çempion olsa belə, premyer-liqada oynamayacağı barədə xəbərdən sonra başlayıb. Bundan sonra “Xəzər” xüsusilə fəallaşıb. Komanda qış fasiləsini Türkiyədə təlim-məşq toplantısında keçirib ki, bu da 1-ci dəstə komandaları üçün maliyyə baxımından xarakterik hal deyil. Bəzi məlumatlara görə hətta klub çempionatın 2-ci dövrəsində yarım milyon manata yaxın vəsait xərcləyib. Ancaq sonradan məlum oldu ki, çempion olmasına rəğmən, “Xəzər” də yuxarı diviziona buraxılmır və Premyer-liqada “Sabah” klubu oynayacaq. Nəticədə komanda bütün səylərinə baxmayaraq, əsas hədəfinə, yəni yüksək liqada təmsil olunmağa nail ola bilmədi.
Hal-hazırda araşdırmaların davam etdirildiyi bildirilir və güman ki, bununla bağlı rəsmi açıqlama veriləcək.
Xatırladaq ki, AFFA rəhbərliyi dəfələrlə oyun alqı-satqısına bulaşmış klub və futbolçuların ən sərt formada cəzalandırılacağını bəyan edib. Onu da qeyd edək ki, beynəlxalq futbol qurumları da danışılmış oyunlarla bağlı olduqca ağır cəzalar kəsir və nəinki ayrı-ayrı klublara, belə pozuntuların baş verdiyi ölkələrə qarşı da ciddi sanksiyalar tətbiq edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam