Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanın ən titullu qadın ağırlıqqaldıranının cəza müddəti başa çatıb

 

Azərbaycan millisinin qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəza müddəti başa çatıb

Yenixeber.org:  Bolqarıstanlı legioner artıq yarışlarda iştirak edə bilər. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 10 iyun 2016-cı ildə 2 illik cəzaya məruz qalmışdı. Orqanizmindən dehidroxlormetiltestosteron (turinabol) və stanozolol tapıldığı üçün Kostova London olimpiadasında tutduğu 5-ci yerdən məhrum edilmişdi.
Hazırda Bolqarıstanda olan 25 yaşlı idmançının Azərbaycan yığmasındakı gələcək karyerası hazırlıq durumundan asılıdır. O, məşqçilər korpusunu qane edəcəyi təqdirdə, heyətə cəlb ediləcək.
Qeyd edək ki, Azərbaycanın ən titullu qadın ağırlıqqaldıranı olan Kostova 58 kq çəki dərəcəsində dünya və üçqat Avropa çempionudur. O, həmçinin Bolqarıstan yığmasının heyətində Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam