Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Latviyanın baş məşqçisi:"Azərbaycana qarşı oynamağa düşüncə olaraq hazır deyildik"

 Latviya milli komandası Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzub

Yenixeber.org: Meydan sahiblərinin çalışdırıcısı Miksu Paatalaynen məğlubiyyəti belə şərh edib: "Nəticədən razı deyilik. Estoniya və Litva ilə Baltika Kubokundakı oyunlarımız yaxşı alınmışdı. Həmin oyunlardan sonra təlim-məşq toplanışımızı və yoldaşlıq oyunları tsiklini müsbət yekunlaşdıracağımıza ümid edirdim.
Lakin hər şey tərsinə oldu. Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də, oyun planlaşdırdığımız kimi alınmadı. Oyunçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdır. Biz Azərbaycan yığmasını analiz etmişdik.
Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Bu gün biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindir. Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik".
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam