Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. 

Yenixeber.org: Qurban Qurbanovun baş məşqçisi olan yığmamız 2018-ci ildə ilk səfər sınağına çıxacaq.

46 yaşlı mütəxəssisin rəhbərliyi altında 5-ci oyununa çıxacaq komandamız Qazaxıstanla üz-üzə gələcək. Bunadək keçirdiyi 4 qarşılaşmanın ikisini Bakıda, ikisini Antalyada meydana çıxan futbolçularımız Astanada qüvvələrini sınayacaqlar.

Son qarşılaşmada Qırğızıstanı 3 cavabsız qolla yenən millimiz ardıcıl 2-ci qələbəsini qazanmağa çalışacaq. Bu həm də yığmanın 2018-ci ildəki 2-ci uğuru olacaq. Hesabında 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət olan komanda son iki görüşdə uduzmayıb.

Qeyd edək ki, moldovalı hakimlərin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yoldaşlıq görüşü
5 iyun

20.00 Qazaxıstan - Azərbaycan 2:0
Qollar: Roman Murtazayev, 12. Serikcan Mujikov, 14.

Qazaxıstan: 1. Nenad Erik, 2. Sergey Malıy, 4. Yevgeni Postnikov, 5. İslambek Kuat, 7. Serikcan Mujikov, 9. Baurjan İslambek, 11. Yerkebulan Tunqışbayev, 13. Aleksey Çsnyotkin, 14. Roman Murtuzayev, 18. Dmitri Şomko (k), 21. Abzal Beysebikov.
Ehtiyat oyunçular: 12. Vladimir Plotnikov, 3. Nurəli Alip, 6. Yan Voroqovski, 8. Maqomed Paraqulqov, 10. Georgi Jukov, 15. Baurjan Turusbek, 16. Qafurjan Suyumbayev, 19. Bəxtiyar Zaynutdinov, 20. Maksim Fedin, 22. Vyaçeslav Şviryov, 23. Yuri Loqvinenkov.
Baş məşqçi: Stanimir Stoilov.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 10. Ruslan Qurbanov, 13. Dimitri Nazarov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 21. Təmkin Xəlilzadə, 22. Mahir Mədətov, 29. İlqar Qurbanov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Slavik Alxasov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 8. Emin Mahmudov, 9. Namik Ələsgərov, 11. Ramil Şeydayev, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 25. Cavid İmamverdiyev, 26. Ürfan Abbasov, 28. Ufuk Budak, 30. Rahil Məmmədov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (Moldova).
Astana. "Astana Arena”.