Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Gimnastlarımız beynəlxalq turnirdən 8 medalla geri döndülər

 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman gimnastikası üzrə yeniyetmələrin beynəlxalq turnirinə komandamız 8 medalla yekun vurub


Yenixeber.org:  Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Respublika Günü ərəfəsində millimizin perspektivli və gənc gimnastları düz iki dəfə himnimizi Budapeştin gimnastika arenasında səsləndirməyi bacarıblar.
Komandamızın hesabına ən çox medal yazdıranlardan biri Səməd Məmmədli olub. Təmsilçimiz dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, paralel qollarda isə bürünc medala sahiblənib. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb.
Növbəti qızıl medalı isə hesaba Cavidan Babayev halqalarda uğurlu çıxışı ilə yazdırıb.
Digər idmançımız Ramin Dəmirov da komanda yoldaşlarından geri qalmayaraq, öz yaş kateqoriyasında çıxışlarına görə halqalarda gümüş, çoxnövçülükdə isə bürünc medalla mükafatlandırılıb.
Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam