Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hərbçilər arasında dünya çempionatında 11 medal qazanan Azərbaycan güləşçiləri vətənə dönüblər

 

 Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında 33-ci dünya çempionatında iştirak edən Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşçiləri Vətənə qayıdıblar


Yenixeber.org:  Heydər Əliyev Beynəlxalq Hava Limanında MOİK-in üzvləri, idmançıların yaxınları və azarkeşlər gül-çiçəklə qarşılayıblar.

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlara qatılan MOİK idmançıları 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla, 11 medal qazanıblar. Həmçinin 22 komanda arasında yunan-Roma güləş növündə 3-cü yerə çıxan MOİK idmançıları çempionatın kubokuna da layiq görülüb.

Yarışlarda komandaya MOİK-in rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyev başçılıq edib. Güləşçiləri yarışlara əməkdar məşqçi mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası mayor Taleh İsrafilov hazırlayıb.

Komandanın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də yarışlarda iştirak ediblər.

Qeyd edək ki, 33-ci dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam