Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

 

Mayın 10-da Serbiyanın Novi Sad şəhərində start götürəcək karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanınb

 

Yenixeber.org: Azərbaycan Milli Karate Federasiyasından (AMKF) verilən məlumata görə, dörd gün davam edəcək çempionatın fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək. Komanda kumite yarışlarında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da əsas heyətə qatılacaq. Qadınlar isə eyni heyətlə komanda çıxışlarında mübarizə aparacaq. Komanda kata yarışlarında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq. Qeyd edək ki, mayın 9-da Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF İdarə Heyətinin üzvü, AMKF-nin prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcək. Avropa çempionatına 52 ölkədən 532 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Hüseynov da yarışın hakimləri arasında olacaq. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam