Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi baş məşqçisini dəyişib

 

 

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi postunda dəyişiklik baş verib

 

Yenixeber.org: Malta Futbol Federasiyasının (MFF) rəsmi saytına istinadən xəbər verir ki, belçikalı Tom Saintfiti yerli mütəxəssis Rey Farruciya əvəzləyib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsində yekdilliklə qəbul olunub.

MFF-in prezidenti Norman Darmanin Demajo təyinatla bağlı deyib ki, vəziyyəti nəzərə alaraq, komandanı yerli məşqçiyə tapşırmalı olduqlarını hiss ediblər. O, yığmanı ölkənin futbol sektorunun bir hissəsi olan, Malta futbolunu yaxşı bilən və kollektivi beynəlxalq oyunlara hazırlamaq təcrübəsi olan birinə həvalə etməyi məqsədəuyğun saydıqlarını söyləyib: “Milli komandamızın davamlılığı bizim əsas prioritetimizdir. Rey Farruciyanın bu missiyanı effektli şəkildə yerinə yetirmək üçün bacarıq və təcrübəyə sahibdir”.

Qeyd edək ki, Azərbaycan millisi Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam