Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan Kunq Fu Federasiyasında bir sıra təyinatlar olub

 

 

Azərbaycan Kunq Fu Federasiyasının (AKFF) İdarə Heyətinin iclası keçirilib

 

Yenixeber.org: Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, toplantıda bir sıra vəzifələrə təyinatlar olub. Kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı isə ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident təyin ediliblər. Dünya və Avropa çempionu Emil Hacıyev peşəkarlar, eyni titullara sahib Ramin Allahverdiyev böyüklər, idman ustası Aqil Mustafayev gənclər, Ellər Orucov isə yeniyetmələr üzrə baş məşqçi vəzifəsini icra edəcək. Federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova təyin olunub. İclasın sonunda bu il baş tutacaq daxili və beynəlxalq yarışlar müzakirə edilib, müvafiq qərarlar verilib. Qeyd edək ki, AKFF-nin prezidenti Nurlan Aslanov 2000-ci ildən kunq fu idman növü ilə məşğuldur. O, dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam