Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda Formula 2-nin qalibi bilindi

Bakıda Formula 2-nin qalibi bilindi

 

 

"BWT Arden"dən almaniyalı Maksimilian Günter də işini finişədək çatdıra bilmədi

 

Yenixeber.org: Yarış başa çatdı. Bakının küləkli havasında gərgin keçən mübarizədə "ART Grand Prix"dən böyük britaniyalılar Corc Rassel yarışın qalibi oldu.

İknici yeri "Carlin"dən braziliyalı Serxio Sette Kamara, üçüncü yeri isə "PERTAMINA PREMA Theodore Racing"dən niderlandlı Nik de Vries tutdu.

----------
13:40

Döngələrdə bolidlərin təkər-təkərə mübarizəsi gedir, pilotlar bir-birini ötməyə çalışır.

Milli.Az bildirir ki, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael döngələrdən birində idarəetməni itirərək maşının burnu ilə təhlükəsizlik divarına çırpıldı. Gelael yarışı dayandıran sayca 4-cü pilot oldu.

----------
13:31

Milli.Az bildirir ki, az fərqlə "Campos Vexatec Racing"dən israilli Roy Nisani də eyni aqibəti yaşamalı oldu.

----------
13:22

Fuokodan az sonra "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov da maşındakı texniki nasazlıq səbəbindən yarışı dayandırdı.

---------
13:19

Milli.Az xəbər verir ki, yarış başlar-başlamaz "Charouz Racing System"in italiyalı pilotu Antonio Fuokonun idarə etdiyi bolid dayandı.

Dünən 3-cü yeri tutmuş pilot bu gün yarışı erkən dayandırmalı oldu.

----------
13:14

Bu gün 2018 Formula Azərbaycan Qran Prisi çərçivəsində FİA Formula 2 üzrə sonuncu, ikinci yarış başlayıb.

Milli.Az xəbər verir ki, pilotlar təxminən 45 dəqiqə ərzində Bakı Şəhər Halqasında 21 dövrə vuracaqlar. Qeyd edək ki, şənbə günü keçirilmiş ilk yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken, üçüncü yeri "Charouz Racing System"dən italiyalı Antonio Fuoko tutub. Ümumilikdə, Formula 1-də olduğu kimi, Qran Prinin Formula 2 yarışlarında da 10 komandanın hər birində 2 nəfər olmaqla sürətli bolidlərlə 20 pilot yarışır.

Bunlar "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov və yaponiyalı Tadaske Makino, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael və niderlandlı Nik Vries, "DAMS" tailandlı Aleksandr Albon və kanadalı Nikolas Latifi, "ART Grand Prix"dən böyük britaniyalılar Cek Aitken və Corc Rassel, "MP Motorsport"dan ispaniyalı Roberto Merhi və isveçrəli Ralf Boşunq, "BWT Arden"dən almaniyalı Maksimilian Günter və yaponiyalı Nirei Fukuzumi, "Campos Vexatec Racing"dən italiyalı Luka Giotto və israilli Roy Nisani, "Trident"dən hindistanlı Arcun Maini ə amerikalı Santino Ferucci, "Carlin"dən braziliyalı Serxio Sette Kamara və böyük britaniyalı Lando Noris, "Charouz Racing System"dən isveçrəli Lui Deletras və italiyalı Antonio Fuokodur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam