Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

 

 

 Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

Yenixeber.org: Məlumata görə, həlledici görüşə vəsiqə qazanacaq kollektivlərin adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. İlk matçlarda qeydə alınan nəticələrə əsasən, “Neftçi” və “Keşlə” üstünlük əldə ediblər. Lakin səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar”la müqayisədə, evdə “Sumqayıt”a bir cavabsız qolla qalib gələn bakılıların işi daha çətin olacaq.

“Keşlə” üçün kuboku əldə etmək ikiqat əhəmiyyətlidir. Çünki digər “üçlük”dən fərqli olaraq, Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə qazanmaq şansını itirən paytaxt təmsilçisi bütün ümidini ikinci cəbhəyə bağlayıb. Ancaq digər komandalar “Qarabağ”ın mübarizəni dayandırdığı yarışda kuboku götürməyi hədəfləyiblər.

Yarımfinal matçlarını həm də azərbaycanlı və ukraynalı məşqçilərin dueli kimi xarakterizə etmək olar. “Neftçi”yə Tərlan Əhmədov, “Sumqayıt”a Samir Abasov rəhbərlik etdiyi halda, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdur. “Keşlə” isə “sükanı” Yuri Maksimova həvalə edib. Düzdür, ilk matçda texniki zonadan kənarlaşdırılan Abasov bir oyunluq cəza aldığı üçün Sumqayıtdakı görüşü kənardan izləyəcək. Lakin istənilən halda, komandanı oyuna özü hazırlayacaq və matçın gedişində köməkçilərinə təlimatlarını çatdıracaq.

Qeyd edək ki, final oyunu mayın 28-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel

17:00. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

Sumqayıt. “Kapital Bank Arena”

İlk oyun – 0:1

20:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. “Bakcell Arena”

İlk oyun – 2:1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam