Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Milan”ın sahibi dəyişə bilər

Çinli iş adamı Li Yunxun İtaliyanın “Milan” futbol klubunu sata bilər

 

Yenixeber.org: “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, klubu almaqda Dubayın hakim Əl-Maktum ailəsinin üzvü Səid Əl-Falasi maraqlıdır. O, müxtəlif sektorlarda fəaliyyət göstərən “International Triangle Group”un sahibidir.

2016-cı ildə “Milan”ın zərəri 75 milyon avro olub və bu rəqəmin artacağı proqnozlaşdırılır. Çünki İtaliya təmsilçisi yay transfer dönəmində 230 milyon avro xərcləyib.

Cennaro Qattuzonun baş məşqçisi olduğu komanda İtaliya A seriyasının geridə qalan 27 turundan sonra 47 xalla 6-cı pillədə qərarlaşıb. “Milan” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında İngiltərənin “Arsenal” komandasına uduzub - 0:2. Cavab oyunu bu gün keçiriləcək. 

Qeyd edək ki, 2017-ci ilin aprelində Silvio Berluskoninin sahibi olduğu “Fininvest” şirkəti “Milan”ın səhmlərinin 99,9 faizini 740 milyon avro qarşılığında Li Yunxunun konsorsiumuna satıb. O, klubu almaq üçün ABŞ-ın “Elliott Management” şirkətindən kredit götürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam