Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Millimizin rəqibinə baş məşqçi təyin olunub

 

 

Yenixeber.org: UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi müəyyənləşib.

Kosovo Futbol Federasiyasının rəsmi saytıxəbər verir ki, yığma Bernard Şallanda həvalə olunub. 67 yaşlı isveçrəli mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Bernard Şallandın son iş yeri 2014-2015-ci illərdə rəhbərlik etdiyi Ermənistan yığması olub. Kosovo millisi 20 - 27 martda Fransanın paytaxtı Parisdə baş tutacaq hazırlıq prosesi çərçivəsində iki yoxlama matçında qüvvəsini sınayacaq. Yeni baş məşqçi martın 24-də Madaqaskar kollektivi ilə oyunda debüt edəcək. Kosovolular 3 gün sonra Burkina-Faso yığması ilə üz-üzə gələcək.

Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam