Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan çempionatında növbəti oyunlar başlayır

Azərbaycan çempionatında növbəti oyunlar başlayır

 

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək

 

Yenixeber.org: Həftənin oyunları iki günü əhatə edəcək və hamısı Bakıda keçiriləcək.

Açılış matçı debütant "Səbail" ilə ötən çempionatın gümüş mükafatçısı "Qəbələ" arasında olacaq. Bu kollektivlər cari mövsümdə 5-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki qarşılaşmalardan 2-si Premyer Liqa, 2-si isə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində olub. Bütün görüşlərdə rəqibini üstələyən qonaqlar hazırda 35 xalla 2-ci, meydan sahibləri isə 14 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər oyunu "Neftçi" və "Zirə" komandaları arasında olacaq. "Qartallar"ın 31 xalla 3-cü, "ağ-qaralar"ın isə 19 xalla 5-ci sırada olmaları öz yerində, "Zirə" "Neftçi" üçün ən arzuolunmaz rəqibdir. Ölkənin ən qocaman komandası heç vaxt ölkə çempionatlarında bu rəqibi məğlub edə bilməyib. Zirəlilər əvvəlki 10 oyundan 8-də qalib gəlib.

"Neftçi" üçün yeganə müsbət məqam cari mövsümdə Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"ni mübarizədən kənarlaşdırmasıdır (0:1, 2:0). Ancaq bakılılar avrokuboka düşmək üçün çempionat varinatını da gözardı etməməlidirlər.

Fevralın 25-də baş tutacaq ilk görüşdə lider "Qarabağ"la autsayder "Kəpəz" üz-üzə gələcəklər. Hazırda 41 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu 7 xalla sonuncu - 8-ci yerdə olan Gəncə təmsilçisi ilə dueldə aşkar favoritdir. Bu kollektivlərin əvvəlki 47 qarşılaşmadan 24-də "Qarabağ", 14-də isə "Kəpəz" 3 xal əldə edib. Lakin gəncəlilər 22 oyundur qələbə qazanmır. Son 5 oyunda ağdamlılar qalib gəlib.

Turun son matçında "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Bu görüş turnir cədvəlində irəliləmək üçün meydan sahibləri üçün əla fürsətdir. Hazırda 12 xalla 7-ci pillədə qərarlaşan "Keşlə" "Qəbələ"ni qəbul edəcək "Səbail"dən 2 xal geri qalır. "Sumqayıt" isə 24 xalla 4-cü yerdədir.

Bu komandalar arasında çempionat qarşılaşmalarının statistikası "Keşlə"nin lehinədir. Əvvəlki 22 oyundan 12-də qələbə qazanan meydan sahibləri, 3 dueldən məğlub ayrılıblar. "Keşlə" son 11 görüşü qolsuz tərk etməyib. Son 5 matçda meydan sahibləri uduzmayıb.

Azərbaycan Premyer Liqası - XVII tur

24 fevral (şənbə)

16:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Stadion: "Bayıl Arena"

18:00. "Neftçi" - "Zirə"
Hakimlər:
 Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Stadion: "Bakcell Arena"

25 fevral (bazar)

15:00. "Keşlə" - "Sumqayıt"
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
Stadion: "İnter Arena"

18:00. "Qarabağ" - "Kəpəz"
Hakimlər: 
Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Stadion: "Azersun Arena"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam