Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Olimpiada-2018:Rusiya ilk qızıl medalını qazanıb

 

 

Alina Zagitova 3 ən gənc olimpiya çempionundan biridir

Cənubi Koreyanın Pxençxan şəhərindəki Qış Olimpiya Oyunlarında Rusiya ilk qızıl medalını qazanıb.

Yenixeber.org: Məlumata görə, qonşu ölkə buna fiqurlu konkisürmə növündə qadınların sərbəst proqramla çıxışında nail olub. Alina Zagitova 239,57 xalla olimpiya çempionu olub. Digər rusiyalı Yevgeniya Medvedeva gümüş medala yiyələnib. 18 yaşlı idmançı 238,26 xal yığıb. Bürünc medalı isə 231,02 xalla kanadalı Keytlin Osmond əldə edib. Zagitova Oyunların 3 ən gənc olimpiya çempionundan birinə çevrilib. O, 15 yaş 255 gününün tamamında fərqlənib. Bu, olimpiada tarixində ikinci belə göstəricidir. Rekord isə 1998-ci il Naqano olimpiadasında 15 yaş 255 günündə ikən qızıl medal qazanmış Tara Lipinskiyə (ABŞ) məxsusdur.

Bu gün fristayl növü üzrə qadınların kross yarışına da yekun vurulub. İlk 2 yeri kanadalı Kelsi Serva və Brittani Filan tutub. Bürünc medal isə isveçli Sandra Neslunda qismət olub.

Qeyd edək ki, bu nəticələrdən sonra 10 qızıl, 8 gümüş və 9 bürünc medala sahib olan Kanada 3-cü pillədə möhkəmlənib. İsveç 5 qızıl, 5 gümüş medalla 6-cı, Rusiya 1 qızıl, 5 gümüş və 8 bürünc medalla 15-ci pilləyə yüksəlib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam