Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb

 

 

Yenixeber.org:  "Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 60 yaşlı mütəxəssis infarkt keçirib. Hacıyev az əvvəl əməliyyat olunmaq üçün Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Sadıqov bildirib ki, tanınmış mütəxəssis bir həftə öncə insult keçirib. Nəticədə o, "Modern" xəstəxanasına müalicəyə alınıb. Lakin Hacıyevin 6 il əvvəl Rusiyanın paytaxtı Moskvada keçirdiyi ağır əməliyyatın da təsiri ilə sabiq baş məşqçinin bu gün ürəyində problem yaranıb. Məsləhətləşmələrdən sonra tanınmış mütəxəssisin Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunmasına qərar verilib.

Sadıqov Hacıyevin səhhətinin ilk gündən AFFA rəhbərliyinin diqqətində olduğunu və bütün lazımi köməkliklərin edildiyini də vurğulayıb.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam