Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Neftçi” rüsvayçı məğlubiyyətə görə üzr istədi

 

 

“Neftçi” PFK-nun baş məşqçisi Tərlan Əhmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə məğlub olmasına görə azarkeşlərdən üzr istəyib

 

Yenixeber.org: Bu barədə klubun rəsmi saytına danışan baş məşqçi məğlubiyyətin bir sıra səbəblərdən qaynaqlandığını bildirib:

“Komandamız “SKA Xabarovsk” qarşısına yorğunluq fonunda çıxmışdı. Hava şəraiti çox ağır idi. Heyətlə bağlı ciddi çatışmazlıq vardı - 21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü. Rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyun idi. Yeni transferlərimiz tədricən komandaya uyğunlaşır. "Qato" həm bizdə, həm də ümumiyyətlə, uzun müddətdən sonra ilk oyununa çıxmışdı. Fiziki yükləmələr fonunda keçirdiyimiz qarşılaşmada qapımıza gələn demək olar ki, hər zərbə qolla nəticələnirdi. Bəxtsizlik faktoru da yüksək idi. Rəqibin uzaq məsəfadən az qala bütün zərbələri "doqquzluğ"a gedirdi. Və bu qollarda qapıçımızı da çox qınaya bilmirəm. Belə şey bəlkə də yüz ildə bir dəfə olur. Yoldaşlıq görüşlərinin əsas məqsədi başqadır. Razıyam ki, qarşıdakı yoxlama oyunlarının hamısını uduzaq, amma bütün səhvlərimizi görək və bu səhvlərdən nəticə çıxarıb rəsmi matçlarda qələbələri sıralayaq. Mövsümün ikinci hissəsinə hazırlığımız çətin hava şəraitinə baxmayaraq, davam edir. İndi məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda o qədər rahat çıxış edəcəyik. Hər şey nəzərdə tutduğumuz qaydada getsə, mövsümün həlledici mərhələsində formamızın pik nöqtəsinə yüksəlib, qarşıya qoyulan məqsədlərə çatacağıq. Yoxlama oyunu olsa da, bu məğlubiyyət mənim üçün çox ağırdır. İstənilən halda bu cür məğlubiyyətə bəraət qazandırmaq olmaz. Buna görə, ilk növbədə, bütün komanda adından ən çətin günlərdə yanımızda olan sadiq azarkeşlərimizdən üzr istəyirəm. Onları yaxşı başa düşürəm. Bu oyun bizim üçün bir həyəcan təbili idi. Səhvlərimizi gördük və bunun üzərində işləyib çempionat və kubok matçlarında həmin səhvləri təkrarlamamaq, daha mükəmməl oyun qurmaq üçün çalışacağıq”.

Qeyd edək ki, “Neftçi” PFK Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “SKA-Xabarovsk” klubuna 1:8 hesabı ilə məğlub olub. Yerli komandanın yeganə qolunu meydana ikinci hissədə daxil olan İqnasio Errera vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam