La Liqada uğursuz çıxış edən “Real” heyətini gücləndirməyə çalışır. 
Yenixeber.org: Baş məşqçi Zinəddin Zidan iki ulduzun transferini istəyib.
Fransız mütəxəssis 2013-cü ildə 101 milyon avroya alınan Qaret Beylin satılaraq əvəzində “Mançester Siti”dən Raheem Sterlinqin alınmasını istəyib.
Preymer Liqa klubu 23 yaşlı Yamayka əsilli ingiltərəli forvardı 2015-ci ildə “Liverpul”dan 62,5 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 80 milyon avro qiymət qoyub. 23 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 30 rəsmi oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib. “Real”ın onun üçün ən azı 100 milyon avro xərcləməli olduğu deyilir. (Fanat)