Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Qəbələ" klubu Mahir Mədətovla bağlı bəyanat yayıb

 

 

Qarabağın futbolçusu Roman Qriqorçuku məsxərəyə qoyub© "PFL"

Yenixeber.org:  "Qəbələ" klubu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb. Məlumata görə, "qırmızı-qaralar" 21 yaşlı hücumçunun dekabrın 31-də “CBC Sport” telekanalının efirində yayımlanan “Qış nağılı” verilişindəki çıxışına etiraz edib. 

Bəyanatda deyilir ki, Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla futbolçular arasında olan dialoqu seçib və bunu özünəməxsus şəkildə təqdim edib. 

“Qəbələ” İdman Klubu futbolçunun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır: "Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, “Qarabağ” klubunun gənc futbolçusu haqqında ölçü götürməsini, Mahir Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” klubundan və Qriqorçukdan üzr istəməsini gözləyirik".(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam