Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanın baş məşqçiləri dünyanın ən yaxşıları sırasında– SİYAHI

 

Azərbaycanın baş məşqçiləri dünyanın ən yaxşıları sırasında

 

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb

Yenixeber.org:  Dünyanın ən yaxşı baş məşqçisi, keçmiş futbol ulduzu, “Real” klubunun  çalışdırıcısı  Zinəddin Zidan oldu. O, 17696 xalla liderlik edir.

“Qremio”nu çalışdıran Renato Qauşo 13274 xalla ikincidi, üçüncü yeri isə 12795 xalla “Atletiko” Madridə rəhbərlik edən Dieqo Simeone qapayır.

Qeyd edək ki, 2017-ci ilin son cədvəlində Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 482-ci məşqçisidi.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 949-cu pillədədi. Onun aktivində 255 xal var.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı siyahıya düşüb. 217 xala malik gənc mütəxəssis dünyanın 999-cusudu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam