Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Astana” UEFA reytinq siyahısında“Qarabağ”ı qabaqladı

“Astana” UEFA reytinq siyahısında

 

Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb

 

Yenixeber.org: Keçirilən 12 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Çempionlar Liqasının qrupuna düşməklə tarixi uğura imza atan və ölkəmizin buradakı ilk təmsilçisi olan “Qarabağ” 1 pillə geriləyib.

İlk “yüzlük”dəki yeganə təmsilçimizin mövqeyini əldən verməsinin səbəbkarı isə “Astana” olub. Çexiyada “Slaviya”nı 1:0 hesabı ilə məğlub edib 1/16 finala yüksələn Qazaxıstan klubu 67-ci pilləni ələ keçirib.

Bunadək 67-68-ci yerlərə şərik olan “Qarabağ” isə artıq 68-70-ci yerlərdə qərarlaşıb. Çempionumuzla BATE-nin yeni şəriki isə “Yanq Boyz” olub. Bu komandaların üçünün də aktivində 20,500 xal var.

Digər komandalarımıza gəlincə, Ağdam klubu kimi öz əmsalına malik olan “Qəbələ”nin aktivində 5,250 xal var. “Voyvodina” ilə eyni xala malik təmsilçimiz 191-ci pillədə qərarlaşıb.

Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasındadır.

Qeyd edək ki, ilk “onluq”da heç bir dəyişiklik olmayıb. 148,000 xala malik “Real” cədvələ başçılıq edir.

İlk “onluq”

1. “Real” – 148,000

2. “Barselona” – 126,000

3. “Bavariya” – 125,000

4. “Atletiko” – 122,000

5. “Yuventus” – 120,000

6. PSJ – 109,000

7. “Sevilya” – 108,000

8. “Mançester Siti” – 97,000

9-10. “Borussiya” D – 85,000

“Porto” – 85,000

Ən yaxşımız və qonşuları

60-61. “Fənərbaxça” – 23,500

“Krasnodar” – 23,500

62-63. “Maribor” – 22,500

“Makkabi” Təl-Əviv – 22,500

64. “Lester” – 22,000

65-66. “Feyenoord” – 21,500

“Rapid” Vyana – 21,500

67. “Astana” – 20,750

68-70. “Qarabağ” – 20,500

“Yanq Boyz” – 20,500

BATE – 20,500

71-73. “Selta” - 20,085

“Real Sosyedad” - 20,085

“Betis” - 20,085

74. “Marsel” – 19,000

75. “Lokomotiv” Moskva – 18,500

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam