Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Murad Dadaşovun komandasının adı AZFAR Biznes Liqasının ilklər sırasında

Biznes mühitində idmana pozitiv münasibətin formalaşması istiqamətində təşkil olunan "AZFAR Biznes Liqası 2017/2018" layihəsi korporativ həvəskar futbolun təbliğatı işini laiqincə həyata keçirir!

 

Yenixeber.org: Xatırladaq ki, layihənin formatına əsasən mini-futbol üzrə "ABL" turniri 3 mərhələdən ibarətdir:

1. AZFAR Biznes Liqası PAYIZ TURNİRİ Oktyabr-Dekabr 2017

2. AZFAR Biznes Liqası YAZ TURNİRİ Aprel-İyun 2018

3. AZFAR Biznes Liqası SUPER KUBOK MATÇI İyun 2018

Şirkətlər arasında kifayət qədər yaxşı tanınan və oyun meydançasında da adını ilklər sırasına yazdıran "M Group Production" bu layihənin formatına uyğun olaraq ən mübariz və idmana meyilli işçi heyəti ilə oyuna məmnuniyyətlə davam edir. Məsələn, MGP-də koordinator vəzifəsində çalışan 1 nömrəli oyunçu Mehdi Əlizadə və 12 nömrəli oyunçu Kamran Babayev şirkətdaxili vəzifəsinə uyğun olaraq diqqəti və cəldliyi ilə seçildikləri üçün onlar hazırda oyunda qapıçı postundadırlar. Şirkətdə rejissor vəzifəsində çalışan 8 nömrəli oyunçu Elgün Bayramlı peşə vərdişi olaraq idari prosseslərin öhdəsindən yaxşı gəldiyi üçün o, komandanın kapitanıdır. Bilindiyi kimi MGP biznes və korporativ tədbirlərin nümunəvi təşkilatçısıdır. Şirkətin təşkil etdiyi tədbirlərdə müğənni olaraq fəaliyyət göstərən 5 nömrəli oyunçu Vüqar Bəxtiyar oyun meydançasında da yüksək performansı ilə seçilir.

Hazırda qrup mərhələsinin ən yaxşıları sırasında olmaq "M Group Production" üçün də asan başa gəlmədi. Təbii ki, bunun əsasını yüksək komanda ruhu təşkil edirsə, yerdə qalan hissə gücləndirilmiş rejimdə baş tutan məşqlərin payına düşür. Beləliklə,  3 oyun nəticəsində biri heç-heçə olmaqla 2 qalibiyyəti, 12 qolu, 6 məhsuldar ötürməsi və 3 ballıq "fair play" reytinqi ilə seçilən şirkət laiqli rəqibləri Gate Baku, DDLAR Group və Muğanbank-la üz-üzə gələrək yaddaqalan oyun nümayiş etdi. Nəticənin qənaətbəxş olması 4 nömrəli oyunçu Elnur Adıyev və 9 nömrəli oyunçu Zaur Əliyevin MGP-də şirkətdaxili əmək fəaliyyətinin yüksək olmasının göstəricisidir. Şirkətdə layihə rəhbəri vəzifəsində çalışan və  "AZFAR Biznes Liqası 2017/2018" layihəsində fəaliyyətini məşqçi kimi davam etdirən Toğrul Məmmədovun sözlərinə əsasən, komandanın uğuru MGP əməkdaşlarının şirkətdaxili əlaqələrinin möhkəmliyindən irəli gəlir.

KİV-də şirkətlərin adının işıqlandırılması və partnyorlar tərəfindən tanınması birbaşa şirkət əməkdaşları və müştərilərdə korporativ sadiqliyin gücləndirilməsinə xidmət etdiyi üçün "M Group Production" maksimum qüvvəsi ilə oyun meydanşasını fəth etməyə və bu liqanın qalibi olmağa qərarlıdır. Belə ki, MGP-nin gündəlik iş cədvəlinə liqa çərçivəsində məşqlər də əlavə olunub və oyunda iştirak edən əməkdaşlar müəyyən olunmuş vaxtlarda qalibiyyət üçün mini-futbol meydançalarında gücləndirilmiş rejimdə məşq edirlər. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam