Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məşhur rusiyalı məşqçidən "Qarabağ" barədə:Böyük uğur...

Məşhur rusiyalı məşqçidən "Qarabağ" barədə:

 

 

 

 

Qrupdakı iki məğlubiyyət qaçılmaz idi. Əsas odur ki, onlar düz istiqamətdədirlər. “Qarabağ” və “Qəbələ” bütün Azərbaycan futbolunu irəli aparır

 

 

Yenixeber.org:  Bu sözləri Moskvanın “Lokomotiv” komandasının baş məşqçisi Yuri Syomin “Qarabağ”ın Çempionlar Liqasıdakı çıxışını “Moksva-Baku” jurnalına şərh edərkən deyib.

O qeyd edib ki, bu iki klub uşaq və yeniyetmə futboluna, infrastruktura ciddi fikir verir: “Ölkədə futbolun bütün ağırlığı məhz bu iki klubun çiynindədir. O ki qaldı “Qarabağ”ın Avropanın nəhəng klublarına məğlubiyyətinə, hamı uduzur. Hələlik onlar heyətində dünyanın ən güclü futbolçuları olan klublarla rəqabət aparmaq gücündə deyillər (müsahibə “Atletiko” ilə Bakıdakı oyundan əvvəl götürülüb – red.). “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynaması böyük uğurdur”.

Yuri Syomin həmkarı Qurban Qurbanov barədə də danışıb: “Klubun rəhbərliyi sağ olsun ki, bu məşqçiyə həmişə tam dəstək olur və inanır. O, çox perspektivli məşqçidir. Müasir futbolu yaxşı görür, başa düşür, görün, “Qarabağ”ı hansı səviyyəyə çıxarıb. Yeri gəlmişkən, mən onunla yaxşı tanışam. Biz tez-tez danışırıq. “Kopenhagen”lə oyundan sonra ona zəng vurdum. Biz Azərbaycan çempionatında bir-birimizə xoş rəqib olmuşuq. Çünki Qurban yaxşı insandır, yüksək səviyyəli peşəkardır. Hansı ki, onun yaratdığı komanda Azərbaycan futbolunu yaxşı səviyyədə təmsil edir”.

 

Y.Syomin Qurban Qurbanovla etdiyi söhbət haqda danışmayıb: “Qoy bu peşəkar səhbət ikimizin arasında qalsın”.“Qəbələ”nin sabiq çalışdırıcısı deyib ki, Qurban Qurbanov öz üzərində çox çalışır, çox işləyir. Buna görə də məşqçi kimi uğurlara nail olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam