Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Premyer Liqada 6-cı tura bu gün yekun vurulacaq

 

Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edəcək.

Yenixeber.org: Beş oyundan sonra "Qəbələ" 10 xalla 3-cü, "Neftçi" isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün nəticəsi komandaların mövqeyinə heç bir təsir etməyəcək. Amma liderlik iddialarını davam etdirməsi üçün "qırmızı-qaralar" mütləq qələbə qazanmalıdırlar.

"Ağ-qaralar" isə bu mövsüm ilk dəfə qalib olmaq və 6-cı pillədəki "Səbail"lə xal fərqini yenidən 2-yə endirmək üçün meydana çıxacaqlar.

İki komanda indiyədək 36 dəfə üz-üzə gəlib. Bunların 13-də "Qəbələ", 15-də "Neftçi" qalib olub, 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqi isə bərabərdir: 45-45. Son üç qarşılaşmada meydan sahibləri qalib gəlib. “Neftçi” axırıncı 6 görüşdə cəmi 1 qələbə əldə edib.

Azərbaycan Premyer Liqası, VI tur

24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə yenib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam