Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləriaçıqlayıb

 

FIFA 2017-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb.

Yenixeber.org:Bunlar Kriştianu Ronaldu, Lionel Messi və Neymardır. Portuqaliyalı Ronaldu İspaniya "Real Madrid"ində, argentinalı Messi "Barselona"da çıxış edib. Neymar isə bu yay "Barselona"dan Fransa PSJ-sinə keçib. Mükafatlandırma mərasimi oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda olacaq. Həmin tədbirdə digər nominasiyalar üzrə də qaliblər açıqlanacaq. Ən yaxşı baş məşqçi adına Massimiliano Alleqri ("Yuventus", İtaliya), Antonio Konte ("Çelsi", İngiltərə) və Zinəddin Zidan ("Real Madrid", İspaniya), ən yaxşı qapıçı adına Canluici Buffon ("Yuventus", İtaliya), Keylor Navas ("Real Madrid", Kosta Rika), Manuel Noyer ("Bavariya", Almaniya) iddialıdır.

Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu dördüncü dəfə Kriştianu Ronaldu olub.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam