Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

UEFA Millətlər liqasını bu cür keçirəcək- Format

UEFA Millətlər liqasını bu cür keçirəcək

 

UEFA milli komandalar üçün yeni beynəlxalq turnir – Millətlər liqasının formatını təsdiqləyib.

Yenixeber.org: Bu barədə ali futbol qurumunun mətbuat xidməti informasiya yayıb.

UEFA-nın 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının təsnifat mərhələsinə yekun vurulduqdan sonra formalaşan reytinq cədvəlinə əsasən 55 ölkəni 4 liqada ( A,B,C və D) qruplaşdıracağı bildirilib.

A liqasında Avropanın 12 ən güclü komandası 4 qrupda mübarizə aparacaq. Növbəti 12 komanda eyni qayda ilə mübarizəyə qoşulacaq. 15 komandanın iştirak edəcəyi C qrupunda isə 3 millidən ibarət bir qrupla yanaşı, hərəsində 4 komandanın yer alacağı daha 4 qrup yaradılacaq. Qitənin reytinq cəhətdən ən aşağı 16 ölkəsi isə hərəsində 4 komanda olmaqla 4 qrupda nəticə əldə etmək uğrunda yarışacaq.

Reqlamentə əsasən final mərhələsinə yalnız A liqasında mübarizə aparan 4 qrupun liderləri yüksələcək. Digər liqalarda isə qaliblər daha yuxarı liqaya vəsiqə qazanacaq, uğursuzluğa düçar olan komandalar növbəti yarışda daha aşağı səviyyəli liqaya keçiriləcək.

Qrup mərhələsinin püşkatması 2018-ci il yanvarın 24-də baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam