Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"“Qarabağ”a transferim xüsusi bir şey deyil" -Qurban Qurbanovun oğlu

 

 

“Qarabağ”ın U-19 komandası “Neftçi”dən Ağdam klubunun əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etməklə diqqət çəkib.

Yenixeber.org Qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA Gənclər Liqasına qatılacaq Rəşad Sadıqovun məşqçilik etdiyi 19 yaşlıların iştirak ərizəsi artıq qitə futbol qurumuna təqdim edilib.

Siyahıda adı olan Musa Qurbanlı bildirib ki, atasının əsas komandasına baş məşqçilik etdiyi Ağdam klubuna transferindən danışıb: “Əslində “Qarabağ”a transferim xüsusi bir şey deyil. Atamın qərarını gözləyirdim. U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovun təklifi və istəyi də rol oynadı. Razılıq da olunca “Qarabağ”a gəldim”.

Gənc oyunçu UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlmədiyini bildirib: “Mən sırf UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlməmişəm. Sadəcə inkişaf etmək üçün, daha irəli getmək üçün burdayam. Transfer ediləndə də məqsəd bu olmayıb. Gənclər Liqasında oynayacağım da dəqiq deyil. Sadəcə adım siyahıda var. Əlbəttə ki, belə komandalara qarşı oynamaq böyük fəxrdir, təcrübədir. Şans qazansam, təbii ki, sevinəcəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam