Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -FOTOLAR

XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -

 

Cənab prezidentimizin idmana olan diqqət və qayğısı bu sahəyə marağı günü-gündən artırır.

 

Xeberinfo.com:    Dekabrın 25-də Azərbaycan  Qocyuru Okinava Karatedo və Kabudo Növləri Federasiyası (AQOKKNF) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Olimpiya Kompleksinin böyük idman zalında 19-cu Açıq Respublika Çempionatı Birinciliyi keçirdi. Yarışlarda  respublikamızın 21 bölgəsindən və Bakı şəhərinin rayonlarından müxtəlif yaş qruplarından olan 250 idmançı iştirak edirdi. Çempionatı giriş sözü ilə açan federasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış idman ustası Tarverdi Allahverdiyev idmanın bu növləri üzrə yarışların tez-tez keçirilməsi, dövlətimiz tərəfindən idmana olan diqqət və qayğının nəticəsi olaraq idman sahəsinə həvəs göstərən gənclərin sayının ildən-ilə artdığını bildirdi. Tarverdi müəllim qeyd etdi ki, artıq respublikamızın bölgələrinin əksəriyyətində federasiyanının şöbələri yaradılıb və  təcrübəli məşqçilər, idmaçılarla mütəmadi məşqlər keçirilir. Daha sonra Tarverdi Allahverdiyev çempionatı açıq elan etdi və yarışlarda  iştirak edən komandaların idmançılarına uğurlar və qələbə sevinci arzuladı.

Müxtəlif növlər üzrə keçirilən yarışda 7-20 yaş qruplarından olan idmançılardan Hüseyn Abbasov, Rəvan Ənvərli, Fərid Abbasov, Ömər Hüseynov, Ülvi Osmanov, Yusif Əhmədov, Həsən Davudzadə, Yusif Dadaşov, Məhəmməd Allahverdiyev, Pərviz Hüseynov gərgin mübarizədə 1-ci və 2-ci yerləri paylaşdılar.

   Federaiyanının mətbuat xidmətinin rəhbəri Fərid Əzizov söhbət zamanı bildirdi ki, cempionatda respublikamızın Şəki, Qəbələ, Füzuli, İsmayıllı, Şirvan, Hacıqabul, Şirvan, Qobustan, Saatlı və digər rayonardan idmançılar mübarizəyə qatılıblar. Həmin komandalarda beynəlxalq yarışlarda qələbələr qazanacaq xeyli təcrübəli idmançılar yetişir. Mətbuat xidmətinin rəhbərinin bildirdiyinə görə,         budəfəki açıq cempionatda iştirak edən idmançıların ən balacasının 7, ən böyüyünün isə 63 yaşı var.

Yeri gəlmişkən onu da qeyd edək ki, çempionatın təşkilat komitəsi, məşqçilər korpusu, yarışları idarə edən hakimlər idmançıların hər bir çıxışını obyektiv və düzgün qiymətləndirirdilər. Böyük zala toplaşan yüzlərlə azarkeş, yarışlarda iştirak edən idmançıların yaxınları və valideynləri də çempionatın lazımi səviyyədə keçirilməsinə və yaxşı təşkilinə görə təşkilatçılara razılıqlarını bildirdilər. Yarışların sonunda çempionatın qaliblərinə medallar, diplomlar və qiymətli hədiyyələr verildi.

Fərid Əzizizov onu da bildirdi ki, 35 nəfərdən ibarət komandamız dekabrın 2-6 arası Rusiyanın  Pyatiqorsk şəhərində keçirilən dünya çempionatında iştirak edib və 7 qızıl, 5 gümüş, 5 bürünc medalla ölkəmizə qayıdıblar. İdmançların bu naliyyətləri qazanmasında federasiyanın prezidenti Tarverdi müəllim başda olmaqla, digər məşqçilərin də zəhməti az olmayıb.

Sonda federasiyanın prezidenti, Əməkdar məşqçi Tarverdi Allahverdiyev qalibləri ürəkdən təbrik edərək, onlara gələcək yarışlarda yeni uğurlar arzuladı.

Yeri gəlmişkən qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə  dekabrın 24-də  Tarverdi Allahverdiyev “Əməkdar Bədən Tərbiyyəsi və  İdman xadimi” fəxri adına layiq görülüb.

O, buna layiqdir. Çünki Tarverdi müəllim Azərbaycanda çox saylı təcrübəli idmançıların yetişməsində və beynəlxalq yarışların təşkilində böyük əməyi olub.

Biz öz adımızdan Tarverdi müəllimi bu fəxri ad alması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və bu yolda uğurlar arzu edirik.

                                                    

 

 Elman Maliyev

XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -
XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -
XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -
XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -
XIX Açıq Respublika Çempionatı gərgin idman mübarizəsi şəraitində keçdi -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam