Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nərimanovda mini futbol stadionu açıldı - FOTOLAR

Nərimanovda mini futbol stadionu açıldı - FOTOLAR

Bu gün Nərimanov rayonunda yerləşən 178 saylı tam orta məktəbin həyətində yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib.

Xeberinfo.com:  Açılışda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 178 saylı tam orta məktəbin direktoru Yusif Məmmədov, stadionun inşasına dəstək göstərmiş Azərbaycanın xalq artisti Ağadadaş Ağayev, veteran və gənc idmançılar, həvəskar futbolçular, bir sıra incəsənət xadimləri və rayonun fəal gəncləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovAzərbaycan müstəqillik əldə etdikdən və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi idman sahəsində də sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğuladı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. İdmançılarımız qitə, dünya çempionatlarında, olimpiya oyunlarında çox böyük nəticələr əldə edirlər və uğurlarını ildən-ilə artırırlar. Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq etmişdir. Bakı şəhəri Avropa və dünya səviyyəli mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. İ.İsmayılov qeyd etdi ki,Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Nazir müavini bildirmişdir ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımızın beynəlxalq yarışlarda bizi sevindirəcək.

Sonra Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycanın xalq artisti Ağadadaş Ağayevçıxış edərək vurğulamışlar ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevili idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır, istifadəyə verilən yeni stadion Azərbaycanda mini futbolun inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, bu gün açılan stadion Nərimanov rayonunda artıq sayca 18-ci mini futbol stadionudur. Bu da öz növbəsində rayonda futbolun maddi-texniki bazasınıninkişafına, təkmilləşdirilməsinə təkan verəcəkdir.

Sonda veteran idmançılar və incəsənənt xadimləri arasında dostluq turniri keçirilib. Turnirin hər bir iştirakçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr ilə mükafatlandırılmışdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam