Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Millimiz “Boris Yeltsin Kuboku”ndan imtina etdi

voleybol

Federasiyadan rəsmi açıqlama verilib

Xeberinfo.com:   Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək “Boris Yeltsin Kuboku”ndan imtinasının səbəbi müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qərar maliyyə problemləri ilə əlaqdar verilib.

Federasiyadan bildirilib ki, milli komanda bu turnirə qatılmasa da, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatında, eləcə də dünya Qran-prisində iştirak edə biləcək.
Qeyd edək ki, “Boris Yeltsin Kuboku” 19 – 21 sentyabrda keçiriləcək. Turnirdə İsveçrə, Rusiya, Türkiyə yığmaları və Azərbaycanın əvəzinə yarışa qatılan Krasnodar “Dinamo”su mübarizə aparacaq. Yarış “Uraloçka” voleybol klubunun 50 illik yubileyinə həsr olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam