Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Rəvan" rəhbərliyi hədələdi, futbolçular əşyalarını yığıb getdi

 

“Rəvan” dağılmaq təhlükəsi ilə üz-üzədi.

Xeberinfo.com:   Məlumata görə, futbolçuların maaşını verməyən paytaxt klubunun rəhbərliyi boykotla üzləşib.


Dünəndən etibarən məşqlərə çıxmayan futbolçular bu gün rəhbərliyin qəbulunda olub. Baş məşqçi Bəhmən Həsənov çalışmaqdan imtina edən futbolçuları rəsmilərlə görüşdürüb. Orada isə futbolçular 3 aydı maaş ala bilmədiklərini nəzərə çatdırıb. Rəhbərliyin “qırmızı-qırmızı” “pul olmayacaq, hazırlaşın, olanda verəcəyik” deməsini futbolçular da qarşılıqsız qoymayıb. Onlar əşyalarını yığaraq, klubun bazasını tərk edib və “pul olanda gələrik” cavabını veriblər.


Vəziyyətin kritikliyini görən prezident Samir Maliksoy və yarıtmaz idarəçi kimi tanınan İlqar Axundov futbolçuları müqavilələrinin olması ilə hədələyib. Onların heç bir klubda oynaya biləyəcəklərini deyən rəsmilər futbolçuları qorxutmağa çalışıb. Amma futbolçular sözündən dönməyib və 3 aydı maaşlarını ala bilmədikləri üçün özləri AFFA-ya şikayət edəcəklərini bildiriblər.


Kəsəsi, “Rəvan” göz görə-görə dağılır. Klubun himayədarı Nuru Əliyev bankda saxladığı dollarlarını manata çevirib, futbolçuların əməkhaqqını verməkdənsə, komandanın dağılmasında maraqlıdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam