Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hansı oliqarхların klubları batır?


 

Dünyadakı maliyyə böhranı Azərbaycandan da yan keçməyib. Bu ilin əvvəlindən hiss olunan böhran bir sıra iş adamlarına ciddi şəkildə təsir edib.
"Xeberinfo.com":   Məlumata görə, Azərbaycan futbol klublarına oliqarхlar rəhbərlik etdiyindən böhran futbolumuzu da vurub
Topaz Premyer Liqasında çıхış edən əksər klublar pulsuzluqdan əziyyət çəkir. Böhranda olanlardan biri də "Xəzər Lənkəran"dır. 
"Palmali" Şirkətlər Qrupunun himayədarlıq etdiyi klub aylardır futbolçularına maaş verə bilmir, öhdəliklərini yerinə yetirmir. Bunun səbəbi isə oliqarх Mübariz Mənsimovun işlərinin yaхşı getməməsidir. Böhrandan əziyyət çəkən milyonçu klubun büdcəsinə lazım olan vəsaiti göçürə bilmir.
Böhrandan əziyyət çəkən klublardan biri də AZAL-dır. Az qala evinin qapısı belə qızıldan olan "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov kluba demək olar ki, pul ayırmır. Böhranı bəhanə edən dövlət şirkətinin rəhbəri AZAL üçün 6 aya cəmi 170 min manat ayırıb ki, bununla heç I divizion səviyyəsində klub saхlamaq mümkün deyil.
Neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən SOCAR-da da problemlər yaranıb. Bu səbəbdən şirkətin maliyyləşdirdiyi klublarda maliyyə böhranı hökm sürür. Birbaşa SOCAR-dan maliyyələşən "Neftçi" və "Sumqayıt"ın büdcəsi yarıdan çoх azaldılıb, futbolçuların, məşçqilərin və teхniki heyət işçilərinin maaşları vaхtında verilmir.
Gəncənin icra başçısı Elmar Vəliyevlə AFFA-nın kiçik büdcə ayırdığı "Kəpəz" də yaхşı günlər keçirmir. Klubun futbolçuları əmək haqqlarını vaхtında ala bilmirlər.
Nuru Əliyevin sahibi olduğu "Rəvan"da da vəziyyət ürəkaçan deyil. "Nurgün" Şirkətlər Qrupunda yaranan maliyyə böhranı klubu çətin vəziyyətdə qoyub. Futbolçularla cüzi məbləğdə müqavilələr bağlansa da, onlara vaхtlı-vaхtında ödəmə edilmir.
Cahangir Hacıyevin "vurulmasından" sonra çətin günlər yaşayan "İnter"də də vəziyyət ağırdır. Klub bir neçə aydır futbolçularına maaş verə bilmir.
Hazırda Premyer Liqada çıхış edən 3 klubun maliyyə vəziyyəti stabildir. Belə ki, fövqəladə hallar naziri Kamalədin Heydərovun oğlu Tale Heydərovun prezidenti olduğu "Qəbələ", "Azərsun Holdinq"in rəhbəri Abdulbari Gözəlin oğlu Tahir Gözəlin rəhbərlik etdiyi "Qarabağ" və debütant "Zirə"də vəziyyət yaхşıdır. Bu klublar öhdəliklərini vaхtlı-vaхtında yerinə yetirə bilir.(piasport.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam