Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İki boksçumuz dünya çempionatının finalında!

 

Rio olimpiadasına daha üç lisenziya qazandıq
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın 2 boksçusu finala yüksəlib.

"Xeberinfo.com":  "Report"a istinadən məlumata görə, bunlar 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ilə 60 kq çəkidəki Albert Səlimovdur.

Məmişzadə yarımfinalda əlcəzairli Muhammed Flissi ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini texniki nokautla meglub edib. O, finala vəsiqə qazanmaqla bəraber, 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onun finaldakı rəqibi kubalı Yosbani Veyta olacaq.

Lisenziyanı hələ WSB Liqasında ikən təmin etmiş Səlimov yarımfinalda braziliyalı Robson Konseysao ilə qarşılaşıb. Bu görüş də Azərbaycan boksçusunun qələbəsi ilə yekunlaşıb - 3:0. Dünya və Avropa çempionu finalda daha bir kubalı Lazaro Alvareslə qarşılaşacaq.

69 kq çəkidə yer alan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşdən məğlub ayrılıb. O da bürünc medal və olimpiadaya lisenziyaya sahib çıxıb. Səbəb digər yarımfinaldakı əlcəzairli Məhəmməd Rabiinin artıq WSB Liqasından bu hüquqa yiyələnməsidir. Bağırov Rabii ilə Yeleusinov arasındakı final görüşünün nəticəsindən asılı olmayaraq, lisenziyaların 3 yeni sahibindən birinə çevrilib.

Qeyd edək ki, ötən gün dünya çempionatında Azərbaycan boksçularından 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev bürünc medala sahib olub. O, yarımfinalda uduzub. Digər boksçulardan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb. Final görüşləri oktyabrın 15-də baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam