Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Güləşçimiz erməni rəqibinə qalib gəldi

 

Sərbəst güləşçilərin mübarizəsi davam edir

"Xeberinfo.com":  61 kq çəki kateqoriyasında yarışan idmançımız Hacı Əliyev 1/8 final mərhələsində erməni idmançısı Valodiya Franqulyanla qarşılaşıb.
Gərgin keçən görüş idmançımızın hesablı qələbəsi ilə başa çatıb.
Əliyev Franqulyanı 7:0 hesabı ilə darmadağın edib.
İdmançımız 1/4 finalda Mikola Bolotnyukla görüşəcək.
09:55
Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq.
Baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.
İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq.  
61 kq çəki kateqoriyasında Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistanın təmsilçisi ilə qarşılaşacaq.
Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə təsadüf edəcək görüş saat 10:49-da başlayacaq.
70 kq çəki kateqoriyasında Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçimiz bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.  
86 kq çəki kateqoriyasında Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da start götürəcək.
125 kq çəki kateqoriyasında Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək. Döyüş saat 10:21-də başlayacaq.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb. (apasport.az)

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?